RUSİYA

Putinin çıxışına Qərb mediası necə reaksiya verib?

Mark Episkopos hesab edir ki, Rusiya Qərbin başçılıq etdiyi despotik dünya nizamını devirmək üçün mübarizə aparır.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Kremldəki nitqinə Qərb dünyasının kəskin qınanması kimi baxmaq lazımdır. Bu fikri "National Interest"in icmalçısı Mark Episkopos dilə gətirib.
Materialın müəllifi prezidentin çıxışında Amerikada hindu tayfalarının soyqırımı, Afrikanın talan edilməsi, Xirosima və Naqasakiyə atom bombası atılması, Vyetnamın bombalanması ilə bağlı qeydlərinə istinad edib.
Mark Episkopos hesab edir ki, Rusiya Qərbin başçılıq etdiyi despotik dünya nizamını devirmək üçün mübarizə aparır.
Sentyabrın 30-da Kremldə çıxışı zamanı Vladimir Putin bildirib ki, Qərb, sərhədlərin toxunulmazlığı prinsipini tapdalayıb və indi kimin öz müqəddəratını təyin etmək hüququna malik olub-olmadığı barədə özü qərar verir. Prezidentin sözlərinə görə, Qərb ölkələri müstəmləkə vəziyyətində qalıblar, amma Rusiya belə bir qaydanı qəbul etməyəcək.
Rusiya Federasiyası Prezidenti yanında millətlərarası münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalkonun fikrincə, 2007-ci ildə Münhendə baş tutan çıxış "sadəcə çıxış" idi. Hazırda isə Putinin bəyanatları konkret hərəkətlərlə müşayiət olunur. O, həmçinin əlavə edib ki, Ukrayna ilə danışıqları bərpa etmək imkanını görmür.