VİDEO

Ekspert Avropanın ən böyük banklarının çöküşü və qlobal maliyyə böhranı barədə

Mütəxəssis hesab edir ki, əgər Almaniya və İsveçrə hökumətləri iri bankların xilasına qarışmasalar, zəncirvari reaksiya digər Avropa banklarını da ağuşuna ala bilər.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Valyutalar üzrə ekspert Aleksandr Yeqorov "Sputnik rus dilində"-yə müsahibəsində yaxınlaşan maliyyə böhranı və Avropa bank sisteminin çöküşündən danışıb. Bir müddət əvvəl məlum olub ki, Avropanın ən böyük banklarından olan Credit SuisseDeutsche Bank-ın səhmlərinin dəyəri minimum rekordu vurub. Beləliklə, bu maliyyə strukturlarını iflas təhlükəsi gözləyir. Əgər Almaniya və İsveçrə hökumətləri onların xilasına qarışmasalar, o zaman digər Avropa bankları da zəncirvari şəkildə çökə bilər.
Ekspert hesab edir ki, bu problem inflyasiya və pul çapı siyasəti, habelə avronun valyuta kimi toksikliyi nəticəsində yaranıb.
Bundan əlavə, Yeqorov Rusiyanın yaxınlaşan böhran şəraitində necə hərəkət etməli olduğundan və vəziyyətdən faydalanmaq üçün əsas qüvvələri hara yönəltməli olduğundan söz açıb.