BAKI, 3 oktyabr - Sputnik. Rusiyanın Dövlət Duması plenar iclasda "LXR", "DXR", Xerson və Zaporojye vilayətlərinin Rusiyaya qəbulu və Rusiya Federasiyasının yeni subyektlərinin yaradılması haqqında federal konstitusiya qanununu yekdilliklə qəbul edib.
Xatırladaq ki, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin bu ərazilərdə keçirilən referendumun nəticələri ilə bağlı Kremldə çıxış edib, bundan sonra onların rəhbərləri ilə regionların Rusiyanın tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb.
Rusiya Konstitusiya Məhkəməsi (MK) Rusiya Federasiyasının Konstitusiyasına uyğun olaraq "DXR", "LXR", habelə Zaporojye və Xerson vilayətlərinin ölkə konstitusiyasına qəbul edilməsi haqqında müqavilələri tanıyıb. Bu, Konstitusiya Məhkəməsinin müvafiq qərarında öz əksini tapıb.
Yeni bölgələrin Rusiya Federasiyasının iqtisadi, maliyyə, kredit və hüquq sistemlərinə, habelə ölkənin dövlət orqanları sisteminə inteqrasiyası üçün keçid dövrü onların Rusiyaya qəbul edildiyi gündən 2026 yanvarın 1-dək müəyyən olunub.
Qalan üç müqavilədə də keçid dövrü üçün oxşar müddət müəyyən edilib. Eyni zamanda, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri qubernatorlar, "LXR" və "DXR" isə respublikaların rəhbərləri adlanacaqlar.
Sənəddə deyilir ki, Rusiya Prezidenti həmin şəxsləri Rusiya Federasiyasına qəbul edildiyi gündən 10 gün ərzində təyin edir. Yeni ərazilərin qanunvericilik orqanlarına seçkilər 2023-cü ilin sentyabr ayının ikinci bazar günü keçiriləcək.