BAKI, 2 oktyabr - Sputnik. Bred Pittin baş rolda oynadığı Devid Litçin “Güllədən daha sürətli” filmi ABŞ kinoprakatında 100 milyon dollardan çox gəlir qazanıb.
Azərtac xəbər verir ki, təxminən 90 milyon dollarlıq istehsal büdcəsi ilə film hazırda dünya üzrə 231 milyon dollardan çox qazanc əldə edib.
Tənqidçilərin fikrincə, COVID-dən sonrakı standartlara görə, bu, komiks personajlarının olmadığı orijinal film üçün ciddi nailiyyətdir.
Belə ki, 2022-ci ildə Şimali Amerikada cəmi 14 filmin kassa gəlirləri 100 milyon dolları ötüb.