BAKI, 2 oktyabr - Sputnik. "Roskosmos" “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində sızma məntəqələrində vəziyyətin monitorinqini davam etdirir. RİA Novosti xəbər verir ki, bununla bağlı bazar günü "Roskosmos"un Telegram kanalında yeni peyk şəkilləri dərc edilib.
“Roskosmos “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərindən qaz sızmasının monitorinqini davam etdirir”, - deyə dövlət korporasiyasının məlumatında deyilir.
Çəkiliş Canopus-V kosmik ədqiqatgəmisi tərəfindən aparılıb.
Xatırladaq ki, cümə axşamı "Roskosmos" artıq Baltik dənizində qaz kəmərinin sızmasının peyk şəkillərini dərc edib.
Sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac etdiyi iki kəmərdə eyni vaxtda qəzalar baş verib.
Danimarka və İsveç hökumətlərinin məlumatlarına görə, Bornholm adasının yaxınlığında "Şimal axını"nda iki və "Şimal axını-2"-də isə bir qaz sızması aşkar edilib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etmir.
Rusiya tərəfi "Şimal axını"nda baş verən qəza ilə bağlı Danimarkadan rəsmi açıqlama istəyib.