BAKI, 2 oktyabr - Sputnik. "Roskomnadzor" (RKN) Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı yalan məlumatın dərci ilə əlaqədar "SoundCloud" musiqi xidmətinə girişi məhdudlaşdırıb.
“Roskomnadzor Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın mahiyyəti, onun forması, döyüş əməliyyatlarının aparılması üsulları, rus əsgərlərinin əli ilə dinc əhali arasında çoxsaylı itkilər haqqında (mülki əhaliyə hücumlar, mülki infrastruktura zərbələr) ilə bağlı yalan məlumatlar olan materialların yerləşdirilməsi ilə əlaqədar “SoundCloud” xidmətinə girişi məhdudlaşdırıb”, - deyə idarədən bildirilib.
Qurum qeyd edib ki, qadağan olunmuş məlumatlar silinərsə, resurs blokdan çıxarılacaq. Həmçinin qeyd olunub ki, qadağan olunmuş məlumatların silinməsi zərurəti ilə bağlı xidmətin sahibinə iki dəfə tələb göndərilib.
"SoundCloud" RKN tərəfindən oktyabrın 1-də bloklanıb. Rusiya Baş Prokurorluğunun 22 sentyabr tarixli tələbi ilə xidmətə giriş məhdudlaşdırılıb.