BAKI, 2 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin parlamentdə yeni regionların Rusiyaya qəbulu ilə bağlı müqavilələrin baxılmasında xarici işlər naziri Sergey Lavrov və Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanovu öz nümayəndəsi təyin edib.
Sərəncam Rusiyanın hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Xatırladaq ki, sentyabrın 30-da Kremlin Georgiyevski zalında referendumların yekunlarına əsasən "Donetsk və Luqansk Xalq Respublikaları"nın, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya qəbulu haqqında sazişlərin imzalanması mərasimi keçirilib.
Sənədləri Vladimir Putin və regionların rəhbərləri: Denis Puşilin, Leonid Paseçnik, Yevgeni Balitski və Vladimir Saldo imzalayıblar.
“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov və dövlət katibi - Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Yevgeni Sergeyeviç İvanov Rusiya Federasiyası Federal Məclisinin palatalarında Rusiya Federasiyası Prezidentinin rəsmi nümayəndələri təyin edilsin. Rusiya Federasiyası 30 sentyabr 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası ilə Donetsk Xalq Respublikası arasında Müqavilənin, Rusiya Federasiyası ilə Luqansk Xalq Respublikası arasında müqavilə... Rusiya Federasiyası ilə Zaporojye vilayəti arasında Saziş... Rusiya Federasiyası ilə Xerson vilayəti arasında Sazişin... ratifikasiyası ilə bağlı məsələlərə baxır...”, - deyə sənəddə bildirilir.
Xatırladaq ki, "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərində sentyabrın 23-dən 27-dək referendumlar keçirilib, vətəndaşlar subyektlərin Rusiyaya daxil olmasına səs veriblər.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin yeni ərazilərin - yəni "Donetsk xalq Respublikası"nın, "Luqansk Xalq Respublikası"nın, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi barədə sənədləri imzalayıb. İmzalanma mərasimi Kremlin Georgiyevski zalında baş tutub.
Mərasimdən əvvəl çıxışında V.Putin həmin ərazilərin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı qanunları dəstəkləyəcəyinə əminliyini ifadə edib.
“Bu gün biz Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojye vilayəti və Xerson vilayətinin Rusiyaya qəbulu ilə bağlı müqavilələr imzalayırıq. Əminəm ki, Federal Məclis Rusiya Federasiyasının dörd yeni subyektinin dörd yeni regionunun Rusiyada qəbulu və formalaşması ilə bağlı konstitusiya qanunlarını dəstəkləyəcək, çünki bu, milyonlarla insanın iradəsidir”, - deyə o, referendumların nəticələrinə dair Kremldə çıxışı zamanı deyib.