BAKI, 2 oktyabr - Sputnik. İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb.
Azərtac-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb.
Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub. Ölənlər arasında iki polis əməkdaşı da var.
Yaralıların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.