BAKI, 12 sentyabr — Sputnik. Bir neçə amil var ki, onlar təhsilin keyfiyyətinə təsir edir. Bu amillərə təhsil proqramları, müəllimlərin peşəkarlığı, müasir təhsil resursları da daxildir. Müəllim peşəkarlıığı elə müəllim hazırlığından başlanmalıdır. İstənilən halda müəllim fəaliyyətinin bir dəyərləndirilməsi olmalıdır. Lakin qeyd edim ki, imtahanların keçiriməsi o demək deyil ki, təhsildə hər şey keyfiyyətlidir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib.
O bildirib ki, müəllimlərin imtahanlardan keçirilməsi təhsilin keyfiyyətinə təsir edən faktorlardan biridir.
Digər təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, imtahanlarda müəllimlərin yoxlanılan bilikləri ali məktəbdə əldə etdikləri bilik deyil: "Təsəvvür edin, şəxs 4 il universitet oxuduqdan sonra onu orta məktəb proqramı ilə yoxlayıblar. Belədə təbii ki, müəllimlər repetitor yanına hazırlığa getməyə məcbur olacaq. Bunun da əsas səbəbi odur ki, ali təhsil müəssisələrimiz əmək bazarının tələbblərinə uyğun kadr hazırlaya bilmirlər. Digər səbəb isə budur ki, ali məktəbdə keçirilən mövzular MİQ sualları ilə üst-üstə düşmür".
O bildirir ki, imtahan üçün müəllimlər müəyyən məlumatları əzbərləmli olurlar: "Belə düşünürəm ki, test nəticələri şəffaf olsa da, keyfiyyətli və uğurlu deyil. Test üsulu bizə axtardığımız müəllimi verir, anlamına gəlmir".
"Düşünürəm ki, müəllimlərin seçimində daha fərqli alətlərdən istifadə edilməlidir. Yəni, tək bilikləri deyil, bacarıqları da yoxlamaq lazımdır", - deyə o əlavə edib.
Kamran Əsədov belə hesab edir ki, Azərbaycanda testologiya o qədər də inkişaf etməyib, təqqdim olunan test tapşırıqları imtahan iştirakçılarının biliklərini tam olaraq yoxlayıb ölçməyə imkan vermir.
Ümumi nəticə olaraq həmsöhbətimzi bildirir ki, Müəllimlərin İşə Qəbulu imtahnından keçənlərin nəticələr öncəki illərlə müqayisədə öncəki illərlə müqayisədə təhsildə nəticələrin daha yaxşı olduğunu göstərir: "MİQ nəticələri ali məktəbələrə qəbullara da müsbət təsirini göstərir".
Təhsil üzrə digər ekspert Elçin Əfəndi isə Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, MİQ imtahanlarının şagirlərin bilik və bacarıqlarına, əldə etdikləri nəticələrə müsbət təsiri var. Lakin müəyyən problemlər hələ də qalmaqdadır: "Müəllimlər bu imtahanlara hazırlaşarkən özlərini inkişaf etdirsələr də, bəzi problemlər hələ də qalmaqdadır: "MİQ imtahanından keçən belə müəllimlər arasında elələri var ki, infomasiya və texnologiyalarla bağlı anlayışı olmadığından ağıllı lövhə, yaxud da bir sıra komputer proqramları ilə işləyə bilmirlər. Bunun üçün konkret işlər aparılmalı, müəllimlər müvafiq təlimlərə cəlb olunmalıdırlar".
"Yəni, bunlar olmadıqda təbii ki MİQ imtahanları artıq formal hal almış olur. Belə olan halda yenə də köhnə hamam, köhnə tas olur. Yəni imtahanlardan keçən müəllim əvvəllər necə tədris verirdisə, yenə də eyni formada tədris vermiş olur", - deyə o əlavə edib.