HADİSƏ

Bakıda çoxmərtəbəli binada yanğın zamanı 2 nəfər xəsarət alıb

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.
Sputnik
BAKI, 1 oktyabr - Sputnik. Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı 2 nəfər bina sakini yüngül xəsarət alıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub.
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.
***
Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binası yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir, yanğınsöndürmə işləri davam etdirilir.