CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali Məhkəmə "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində qərarı ləğv edib

Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikası Baş prokurorunun "Tərtər işi" ilə bağlı ərizəsi təmin olunub
Sputnik
BAKI, 1 oktyabr - Sputnik. "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir".
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, hazırda istintaq davam etdirilir: “Qanunun tələb etdiyi bütün zəruri tədbirlər yerinə yetiriləcək”.
Baş prokuror bildirib ki, Ali Məhkəmənin Plenumu "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib.
Onun sözlərinə əsasən, Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikası Baş prokurorunun "Tərtər işi" ilə bağlı ərizəsi təmin olunub: "Məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib”.