BAKI, 30 sentyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Amerikanın Reaktiv Yaylım Atəş Sistemi "HIMARS" taqımının Rusiya silahlı qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.
Müdafiə Nazirliyinin sentyabrın 30-da yaydığı məlumatda bildirilir ki, Nikolayev şəhəri yaxınlığında əks-batareya döyüşü zamanı ABŞ-ın HIMARS reaktiv yaylım atəş sistemlərinin bir taqımı vurulub.
Daha əvvəl Nikolayev vilayətində yerləşən S-300 zenit-raket kompleksinin radar stansiyasının məhv edilməsi barədə məlumat verilmişdi.
Müdafiə Nazirliyi həmçinin Kalinovka ərazisində müvəqqəti yerləşmə məntəqəsinə raket hücumu nəticəsində 300-ə yaxın əcnəbi muzdlu əsgərin məhv edildiyini açıqlayıb.
Ukrayna Silahlı Qüvvələrinin 10-cu Dağ Hücum Briqadasının "DXR"-in Berestovoe qəsəbəsi istiqamətində hücum cəhdi nəticəsində 8 zabit də daxil olmaqla 48 ukraynalı əsgər də məhv edilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.