BAKI, 30 sentyabr - Sputnik. Rusiya rublu Prezident Vladimir Putinin Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasimi çərçivəsində verdiyi bəyanatlara sakitliklə reaksiya verir: dollar və avro 1-3 rubl ucuzlaşmaqda davam edir.
“Sabahın” hesablaşmaları nəzərə alınmaqla dolların məzənnəsi Moskva vaxtı ilə saat 15.45-də 1 rubl ucuzlaşaraq 56.21 rubla, avro isə 2.87 rubla, 52.6 rubla düşüb.
Sentyabrın 23-dən 27-dək "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib.
Səsvermənin nəticələrinə görə, səs verənlərin "DXR"-də 100%-i, 99,23%-i, "LXR"-də 98,42%-i, Xerson vilayətində 87,05%-i, Zaporojye vilayətində 93,11%-i Rusiya Federasiyasına qoşulmağasəs verib.
Əhali dərhal referendumların keçirilməsi təşəbbüsü ilə regional hakimiyyətə müraciət edib.
Respublika və vilayət nümayəndələrinin fikrincə, Rusiyaya birləşmək onların ərazilərinin təhlükəsizliyini təmin edəcək və tarixi ədaləti bərpa edəcək.
Onların fikrincə, bu qərar dinc sakinləri öldürmək üçün silahla təchiz edən Ukrayna hakimiyyəti və NATO üzvlərinin davamlı terror aktları kontekstində son dərəcə zəruridir.
Putin sentyabrın 21-də bildirib ki, Rusiya Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.