RUSİYA

Qərb kəşfiyyat orqanları əvvəllər boru kəmərlərini partladıblar - Patruşev

Rusiya sentyabrın 26-da bu ölkənin Avropaya qaz ixrac etdiyi iki kəmərdə eyni vaxtda qəzaların baş verməsi ilə bağlı Qərb dövlətlərindən rəsmi açıqlama istəyib.
Sputnik
BAKI, 30 sentyabr - Sputnik. Qərbin kəşfiyyat orqanları əvvəllər boru kəmərlərini sıradan çıxarmaqla məşğul olublar və bu barədə Rusiya deyəcək. Belə bir bəyanatla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rossiya 24” telekanalının efirində çıxış edib.
Onun sözlərinə görə, Rusiyanın “belə məlumatı yoxdur” ki, “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərini məhz Qərbin kəşfiyyat xidmətləri partladıb.
“Amma bizdə məlumat var ki, onlar bunu əvvəllər ediblər... boru kəmərlərini partlatmaqla. Bunu edirdilər", deyə Patruşev bildirib.
"Bir müddət sonra biz də deyəcəyik", deyə o əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Nikolay Patruşev "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərində baş verən partlayışların sifarişçilərinin və günahkarlarının müəyyən edilməsi üçün səylərin əlaqələndirilməsi zəruri olduğunu bildirib.
"Şimal axını - 2" tikintisi, arxiv şəkli
""Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində partlayışlar barədə məlumatlardan sonra sözün əsl mənasında ilk dəqiqələrdən Qərb məsuliyyət daşıyanların tapılması üçün fəal kampaniyaya başladı. Bununla belə, görünən odur ki, ABŞ ilk növbədə iqtisadi baxımdan əsas benefisiardır", - deyə Patruşev MDB ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin iclasında bildirib.
"Bu cinayətin sifarişçiləri və icraçılarının ifşası üçün koordinasiyalı səy göstərmək lazımdır. Bu, əməkdaşlığımızın yaxşı nümunəsi ola bilər", - deyə RF Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Sentyabrın 26-da Rusiyanın Avropaya qaz ixrac etdiyi iki kəmərdə eyni vaxtda qəzalar baş verib.
Danimarka və İsveç hökumətlərinin məlumatlarına görə, Bornholm adasının yaxınlığında "Şimal axını"nda iki və "Şimal axını-2"-də isə bir qaz sızması aşkar edilib. Almaniya, Danimarka və İsveç planlanmış təxribatı istisna etmir.
Rusiya tərəfi "Şimal axını"nda baş verən qəza ilə bağlı Danimarkadan rəsmi açıqlama istəyib.