BAKI, 30 sentyabr - Sputnik. Qərb artıq ağlını itirmək ərəfəsindədir, ondan hər hansı sürprizlər gözləmək olar. Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Moskva. Kreml. Putin" verilişində deyib.
"Bizim qondarma “siyasi rəqibimiz”... artıq ağlını itirmək ərəfəsindədir, ona görə də hər hansı sürprizləri gözləmək olar və ən əsası, buna hazır olun”, deyə Narışkin bildirib.
Xatırladaq ki, bu gün Kreml Sarayının Georgievski zalında sentyabrın 23-dən 27-dək referendumların keçirildiyi "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasına dair sazişlərin imzalanması mərasimi keçirilib.
Cümə günü Rusiya prezidenti Vladimir Putin ilə "DXR", "LXR", Zaporojye və Xerson vilayətlərinin rəhbərləri Rusiyanın tərkibinə daxil olmaq və Rusiya Federasiyası tərkibində yeni subyektlərin formalaşdırılması haqqında saziş imzaladıqdan sonra Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər.