RUSİYA

Putin yeni ərazilərin birləşdirilməsi barədə: arxamızda həqiqətdir, arxamızda Rusiyadır!

Rusiya Prezidenti Vladimir Putinin cümə günü rəsmi hüquqi informasiya portalında dərc edilmiş fərmanlarına əsasən, Rusiya Xerson və Zaporojye vilayətlərinin müstəqilliyini tanıyıb.
Sputnik
BAKI, 30 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin ölkəyə yeni ərazilərin daxil olmasından danışarkən bildirib ki, onların sakinləri öz seçimini ediblər: bu - öz xalqı ilə bir yerdə olmaqdır.
“Onlar ("LXR", "DXR", Xerson və Zaporojye vilayətlərinin sakinləri - red.) seçim etdilər - öz xalqları ilə birlikdə olmaq, Vətənlə birlikdə olmaq, onun taleyini yaşamaq, onunla birlikdə qalib gəlmək. Həqiqət arxamızdadır! Rusiya arxamızdadır!”, - deyə o, Rusiyaya yeni ərazilərin daxil olması haqqında müqavilələrin imzalanması mərasimində deyib.
Sentyabrın 23-dən 27-dək "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi üzrə referendum keçirilib.
Səsvermənin nəticələrinə görə, səs verənlərin "DXR"-də 100%-i, 99,23%-i, "LXR"-də 98,42%-i, Xerson vilayətində 87,05%-i, Zaporojye vilayətində 93,11%-i Rusiya Federasiyasına qoşulmağasəs verib.
Əhali dərhal referendumların keçirilməsi təşəbbüsü ilə regional hakimiyyətə müraciət edib.
Respublika və vilayət nümayəndələrinin fikrincə, Rusiyaya birləşmək onların ərazilərinin təhlükəsizliyini təmin edəcək və tarixi ədaləti bərpa edəcək.
Onların fikrincə, bu qərar dinc sakinləri öldürmək üçün silahla təchiz edən Ukrayna hakimiyyəti və NATO üzvlərinin davamlı terror aktları kontekstində son dərəcə zəruridir.
Putin sentyabrın 21-də bildirib ki, Rusiya Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.