RUSİYA

Heç bir MDB dövləti Qərbin müdaxiləsindən sığortalanmayıb - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu, ABŞ, NATO, Avropa İttifaqının Mərkəzi Asiya və Cənubi Qafqazda riyakar hərəkətlərindən aydın görünür.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Heç bir MDB dövləti ABŞ başda olmaqla Qərbin müdaxiləsindən sığortalanmayıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Cümə günü Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin iclasında çıxış edən Lavrov iki il əvvəl Belarusda "rəngli inqilab" cəhdini xatırladıb.
"Lakin aydındır ki, MDB-nin heç bir dövləti bu cür müdaxilələrdən sığortalanmayıb. Bu, ABŞ, NATO, Avropa İttifaqının Mərkəzi Asiya və Cənubi Qafqazda riyakar hərəkətlərindən aydın görünür", - deyə Lavrov bildirib.