Eldar Əzizov Tbilisidə Kaxa Kaladze ilə görüşüb

Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovun Gürcüstana səfəri çərçivəsində Tbilisi meri Kaxa Kaladze ilə baş tutan görüşündə tərəflər paytaxt şəhərləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində müzakirə aparıblar.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov Gürcüstana səfəri çərçivəsində Tbilisi meri Kaxa Kaladze ilə görüşüb. Görüşdə tərəflər paytaxt şəhərləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində müzakirə aparıblar.
Kaxa Kaladze Eldar Əzizova sabah "Tbilisoba" bayramında iştirak edəcəyi üçün təşəkkür edib. O, həm ölkələr, həm də xalqlar arasında isti münasibətlərin olduğunu vurğulayıb.
Eldar Əzizov Kaxa Kaladzeni şəhər bayramı münasibətilə təbrik edib. Vurğulayıb ki, Bakı və Tbilisi arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur.