AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib

Prezident Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına II və III dərəcəli ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Məmmədov Elçin Məmmədbağır oğlu – Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
Camalov Elmar Heybət oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini
Məmmədov Heydər Vidadi oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini
Rəcəbov Nazim Hafis oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi.
2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Əvəzov Nemət Yusif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi
Əlixanov Erkin Hüseynağa oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi.
Xatırladaq ki, 1 oktyabr - Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günüdür. Ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair sərəncam imzalayıb.