AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda bələdiyyələrin siyahısına dəyişiklik edilir

4 mart 2022-cil tarixli qanuna əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Gəncə şəhərini tərkibinə birləşdirilib.
Sputnik
BAKI, 30 sentyabr-Sputnik. Milli Məclisdə "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna Əlavə - "Azərbaycanda bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi məsələsinə baxılıb.
Bildirilib ki, 4 mart 2022-cil tarixli 492-VIQ nömrəli qanuna əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Gəncə şəhərini tərkibinə birləşdirilib.
Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri və Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.
Həmin qanunun icrası məqsədi ilə "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda müvafiq dəyişiklik təklif olunur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.