HƏRBİ

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə təlimdə iştirak ediblər

Təlimlərə Azərbaycanla yanaşı Türkiyə, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistan xüsusi təyinatlıları da qatılıblar.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyənin paytaxtı Ankarada "Sonsuzadək qardaşlıq" təlimlərində iştirak ediblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə Azərbaycanla yanaşı Türkiyə, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistan xüsusi təyinatlıları iştirak ediblər. Nazirlikdən bildirilib ki, dost və qardaş ölkələrin ən seçilmiş birlikləri bir aradadır.