RUSİYA

İran Rusiyaya hansı avtomobil modellərini ixrac edə bilər

İran istehsalı olan avtomobillər Rusiya ərazisində 25 dərəcəyə qədər aşağı temperaturlarda da işləyə bilir.
Sputnik
BAKI, 29 sentyabr - Sputnik. İran tərəfi Rusiyaya adlı iki adda avtomobilləri ixrac edə bilər. Bu barədə RİA Novosti-yə İran Ehtiyat Hissələri Assosiasiyasının Direktorlar Şurasının sədri Nəcəfi Maneş məlumat verib.
“Bunlar Moskva sərgisində təqdim olunan “Tara” və “Şahin” avtomobilləridir”, - deyə Maneş bildirib.
Xatırladaq ki, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Albert Kərimovun jurnalistlərə verdiyi məlumata görə, iranlı avtomobil istehsalçıları Rusiya avtomobil bazarına çıxmaqda maraqlıdırlar və nazirlik də öz növbəsində əməkdaşlığa hazırdır.
O, Moskva ilə ağır yükdaşıyan maşınlar sahəsində də əməkdaşlıq imkanlarının olduğunu da dilə gətirib.
Maneşin qeyd etdiyi kimi, İran avtomobilləri hava şəraiti ilə bağlı xüsusi sınaqlardan keçir.
Ona görə də onun sözlərinə görə, İran istehsalı olan avtomobillər Rusiya ərazisində 25 dərəcəyə qədər aşağı temperaturlarda da işləyə bilir.
Xatıaladaq ki, bu il Rusiya paytaxtında keçirilən Moskva Beynəlxalq Avtomobil Sərgisində (MIAS) İran şirkətləri də məhsullarını nümayiş etdiriblər. SAIPA brendi satışla bağlı planlarını açıqlamasa da, İran Khodro (IKCO) markası öz modelini təqdim edib və satışa başlama tarixini də açıqlayıb.