BAKI, 29 sentyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, iki lider Ukraynada ətrafındakı son hadisələri müzakirə edib.
Danışıq zamanı Prezident Ərdoğan uzun müddətdir üzərində çalışdıqları Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin uğurla başa çatmasından və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə imzalanan İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib.
Bundan əlavə o, noyabrda başa çatacaq taxıl daşınmasına dair sazişin uzadılmasında ortaq maraqların olduğunu bildirib.
Türkiyə Prezidenti Rusiya gübrələrinin və taxıl məhsullarının da fasiləsiz ixracı üzərində işlərin getdiyini bildirib.
Prezident Ərdoğan, daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının vacib olduğunu bildirib.
Türkiyəli lider xüsusilə də Ukraynanın bəzi bölgələrinin Rusiyaya birləşdirilməsi məsələsində asanlaşdıracaq addımların atılmasının Vladimir Putindən gözlədiyini vurğulayıb.
Ərdoğan Rusiya Prezidenti Putindən danışıqlara bir şans verilməsini istəyib və bu prosesdə asanlaşdırıcı rol oynamağa hazır olduqlarını qeyd edib.