DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan və Ərdoğan yaxın vaxtlarda görüşə bilər

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş yaxın gələcəkdə baş tuta bilər.
Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib.
"Belə bir görüş həqiqətən baş tuta bilər və gündəlik Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi olacaq. Bu mənada bizim mövqeyimizdə dəyişiklik yoxdur", - Ruben Rubinyan Ermənistan baş naziri Paşinyan və Türkiyə prezidenti arasında yaxın günlərdə görüşün baş tutması ehtimalı və bu görüş olarsa, müzakirələrin mövzusunun nə olacağı barədə suala cavab verərkən qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Praqada görüşə biləcəyini deyib.
O, hazırda bəzi hazırlıqların getdiyini açıqlayıb: "Praqada Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək. Hazırda Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi dəyərləndiririk. Paşinyanın (Ermənistanın baş naziri) ora gəlmək niyyəti var. Deyəsən, onun ağlında "orada görüşə bilərikmi?" fikri var idi. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək".
Bundan əlavə, Ərdoğan ölkəsinin Cənubi Qafqazda bu məsələlərlə bağlı müəyyən addımlarının olacağını da qeyd edib: "Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız Prezident İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq".