MƏDƏNİYYƏT

Dünya şöhrətli musiqiçi Azərbaycana gəlir

İtaliyalı tenor ifaçı noyabrın 29-da Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edəcək.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Noyabrın 29-da Heydər Əliyev Sarayının səhnəsində dünya şöhrətli italiyalı tenor ifaçı Alessandro Safina konsert proqramı ilə çıxış edəcək.
Nəzərdə tutulan musiqili gecəni simfonik orkestr müşayiət edəcək.
Alessandro Safina kmidir?
Alessandro Safina musiqiyə uşaq yaşlarından maraq göstərib. 17 yaşında o, Florensiyada konservatoriyaya daxil olur və bir neçə ildən sonra Avropanın ən yaxşı musiqi teatrlarının solisti kimi çıxış edir. Catia Ricciarelli adına Beynəlxalq Vokal Müsabiqəsində ilk mükafat uğrunda 1989-cu ildə "La bohem", "Sevilya bərbəri", "Məhəbbət içkisi", "Su pərisi", "Yevgeni Onegin" operalarında fəal olaraq baş rollarda çıxış edib.
Dünyaşöhrətli ifaçı A.Safina özünəməxsus səsi, təbii cazibəsi və yaradıcı cəsarəti ilə opera ariyalarını ifa edərək klassik sənəti sadə dinləyici üçün başa düşülən etmək arzusunda olub. Nəticədə, sənətçinin özünün sonradan "opera rok" adlandırdığı yeni bir janr yaranıb.
Qeyd edək ki, A.Safina ən böyük uğurunu Niderlandda qazanıb. "Insieme a te" albomundan "Luna" bəstəsi 14 həftə Hollandiya hit-paradının zirvəsinə yüksəlib. Albomun özü 4 dəfə platin albom olaraq, bir neçə ölkədə buraxılıb.
Alessandro Safina həmçinin Sara Braytman, Elton Con, Evan MakQreqor, Barbara Hendriks, Sumi Cho kimi dünyaşöhrətli ifaçılarla heyrətamiz duetlər yaradıb. Bundan əlavə, o, filmlərdə rol alıb və filmlər üçün musiqilərin səsləndirilməsində də iştirak edib.