VİDEO

Vyaçeslav Volodinin Bakı səfərində əməkdaşlığın hansı aspektləri müzakirə olunub?

Bu yaxınlarda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfəri baş tutub. Bakıda parlamentlərarası əməkdaşlığın hansı aspektlərinin müzakirə edildiyi haqqında videomuzda izləyə bilərsiniz.
Sputnik
Ənənəvi olaraq bizim Rusiya ilə çox sıx münasibətlərimiz var. Bakı ilə Moskva arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bunu "STEM" analitik mərkəzinin rəhbəri Orxan Yolçuyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Ekspert vurğulayıb ki, Rusiya və Azərbaycan müxtəlif sahələrdə, xüsusilə humanitar yardım, mədəniyyət və enerji sahələrində əməkdaşlıq edir.
"Ölkələrimiz arasında güclü və açıq münasibətlər qurulub. Azərbaycan çox etibarlı tərəfdaşdır. Rusiya Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşıdır, bu da Vyaçeslav Volodinin Bakıya səfəri zamanı vurğulanıb", - deyə Yolçuyev bildirib.