Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Müdafiə Nazirliyi ermənilərin növbəti yalanını ifşa edib

Azərbaycan MN: "Ermənistan tərəfinin Azərbaycan Ordusunun guya atəşkəsi pozması barədə yaydığı məlumat yalandır"
Sputnik
BAKI, 28 sentyabr - Sputnik. Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.
Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb", - müdafiə qurumundan bildirilib.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Kəlbəcərdə düşmənin açdığı atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb