BAKI, 28 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
London birjasında "Brent" markalı neftin qiyməti 1,45 dollar azalaraq 84,82 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,29 dollar ucuzlaşaraq 77,21 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 1,1 dollar və ya 1,23% artaraq 90,17 dollar təşkil edib.
Qeyd edək ki, həftənin ortasında dolların möhkəmlənməsi əmtəə bazarının, xüsusilə də neftin qiymətlərinin yenidən təzyiq altında qalmasına səbəb olub. Digər tərəfdən, ötən həftə ABŞ-da neft ehtiyatları 4,2 milyon barel artıb.
Xatırladaq ki, sentyabrın 21-də ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini yenidən qaldırdıqdan sonra dolların məzənnəsi digər aparıcı valyutalarla müqayisədə son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.