RUSİYA

Avropa İttifaqı Rusiya əleyhinə bir sıra sanksiyaları yumşaltmağı planlaşdırır

Avropa İttifaqı Rusiya gübrəsinin, həmçinin sementin və "digər məhsullar"ın daşınmasına qoyulan qadağanı aradan qaldırmaq niyyətindədir.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Çərşənbə günü, sentyabrın 28-də Avropa Komissiyası Avropa İttifaqı ölkələrinin nümayəndələri üçün brifinq keçirəcək. Bu barədə "Politico" qəzeti yüksək vəzifəli məmurlara və diplomatlara istinadən məlumat yayıb.
Brifinq zamanı Rusiya əleyhinə sanksiyaların yeni paketi ilə bağlı təkliflər açıqlanacaq. Aİ isə Rusiyaya qarşı bəzi sanksiyaları yumşaltmaq niyyətindədir.
"Politico"nun məlumatına görə, brifinq saat 14:30-da (Moskva vaxtı ilə 15:30) başlayacaq. Avropa İttifaqı Rusiya gübrəsinin, həmçinin sementin və "digər məhsullar"ın daşınmasına qoyulan qadağanı aradan qaldırmaq niyyətindədir.
Brifinqdə Rusiyaya qarşı sanksiyaların yeni paketi ilə bağlı, o cümlədən, Rusiya neftinin qiymətinin yuxarı həddi daxil olmaqla təkliflər nəzərdən keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Macarıstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi haqqında danışmağı dayandırmalı olduğunu bildirərək, bu məhdudiyyətlərin Avropada enerji böhranını daha da gücləndirəcəyini qeyd edib.