SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncam ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycanın Bosniya və Herseqovinadakı yeni səfiri Vilayət Quliyev etimadnaməsini bu ölkənin Rəyasət Heyətinin sədri Şefik Caferoviçə təqdim edib.
Bu barədə Vilayət Quliyev özünün sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncam ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, Vilayət Quliyev 26 oktyabr 1999-cu ildən 2 aprel 2004-cü ilə qədər Azərbaycan Respublikasının xarici işlər naziri olub. O, 7 iyun 2004-cü ildən 30 mart 2010-cu ilə qədər Azərbaycanın Polşada, 30 mart 2010-cu ildən 23 iyul 2021-ci ilə qədər Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri olub.