RUSİYA

Rusiyalılar Putin, Şoyqu və Lavrovu ölkənin simvolu adlandırıblar

Xalq reytinqində lider Putin olub, onun adını sorğu iştirakçılarının 28%-i qeyd edib.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Rusiya vətəndaşları Prezident Vladimir Putini, müdafiə naziri Sergey Şoyqunu və xarici işlər naziri Sergey Lavrovu müasir Rusiyanın simvolları hesab edirlər. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin araşdırmaları nəticəsində bu qənaət əldə edilib.
Respondentlərdən "Rusiyanın simvollarının" adlarının söylənilməsi istənilib. Xalq reytinqində lider Putin olub, onun adını sorğu iştirakçılarının 28%-i qeyd edib. İkinci yeri Şoyqu (7%), üçüncü yeri Lavrov (5%) tutub.
Həmçinin, respondentlərin fikrincə, müasir Rusiyanı kinorejissor Nikita Mixalkov (4%), jurnalist Vladimir Solovyov (2%), baş nazir Mixail Mişustin (2%) simvollaşdırırlar.
2022-ci il 10-11 sentyabr tarixlərində "ÜİRÖM -Sputnik" ümumrusiya telefon sorğusu keçirilib. Sorğuda 18 və yuxarı yaşda olan 1600 rusiyalı iştirak edib. Sorğunun metodu - Rusiya Federasiyasının ərazisində istifadə olunan mobil telefon nömrələrinin tam siyahısından çıxarılıb stratifikasiya edilmiş təsadüfi seçmə əsasında telefonla müsahibədir. Məlumatlar sosial-demoqrafik parametrlərlə ölçülür. 95% ehtimalla limit səhvi 2,5%-dən çox deyil.