RUSİYA

Putin bu həftə Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirəcək

Peskov deyib ki, cümə axşamı MDB-yə üzv olan ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin müşavirəsində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüş olacaq.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bu həftə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirməyi planlaşdırır. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Cümə axşamı MDB-yə üzv olan ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin müşavirəsində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüş olacaq, həmçinin başqaları da bu iclasda iştirak edəcəklər. Bu həftə prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclası keçirməyi planlaşdırır", – deyə Peskov jurnalistlərə Putinin iş qrafiki ilə bağlı sualı cavablandırarkən deyib.
Kremlin nümayəndəsi onu da əlavə edib ki, prezidentin digər tədbirləri də elan ediləcək.
Xatırladaq ki, Rusiya prezidenti sonuncu dəfə bu il iyulun 15-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib. Putin Təhlükəsizlik Şurası ilə görüşdə daxili təhlükəsizlik təhdidlərinin qarşısının alınması məsələsini də müzakirə edib.