SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Füzuliyə gedib - Fotolar

Birinci vitse-prezident Mehriban Əliyeva Prezidenti İlham Əliyev Ermənistanın işğalından azad olunan Füzuli rayonuna səfəri ilə bağlı paylaşım edib.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalından azad olunan Füzuli rayonuna səfər edib.
Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında paylaşım edib.
Paylaşımda belə qeyd olunub: "Anım Günü. Füzuli rayonu. 27.09.2022".
Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Azərbaycan Prezidenti burada çıxış edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də yaydığı məlumata görə, həmin gün Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi.