BAKI, 27 sentyabr — Sputnik. Moskva Kiyevlə danışıqlara hazırdır.
"RİA Novosti"nin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ancaq vəziyyət dəyişdikcə, şərtlər də dəyişir, biz bu barədə dəfələrlə danışmışıq. Amma ümumilikdə prinsip dəyişməz olaraq qalır: bu, xüsusi hərbi əməliyyatın bütün məqsədləridir", - deyə Kremlin sözçüsü vurğulayıb.
O, həmçinin, dəqiqləşdirib ki, danışıqlar Ukrayna tərəfinin təşəbbüsü ilə dayandırılıb, bununla əlaqədar Rusiya hakimiyyəti xüsusi hərbi əməliyyatın davam etdirilməsinə qərar verib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir fikir bildirib ki, Ukrayna tərəfi münaqişəni sülh yolu ilə həll etməkdən nə qədər uzun müddət imtina etsə, nəticədə danışıqlar bir o qədər çətin olacaq.
Öz növbəsində Fransa lideri Emmanuel Makron yaxın gələcəkdə Rusiya və Ukraynanın sülh danışıqlarını bərpa etmək üçün şərait yaratmağa çağırıb.