ELM

Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə müşahidə edilib

Təbiət hadisəsini Bakı Dövlət Universitetinin (BDU) həyətində ali təhsil müəssisəsinin rəhbərliyi, müəllimləri, tələbələri, ictimaiyyət və media nümayəndələri izləyiblər.
Sputnik
BAKI, 26 sentyabr - Sputnik. Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə müşahidə edilib.
"Report" xəbər verir ki, Yupiter, Yer və Günəş bir xəttə düzülüb.
Təbiət hadisəsini Bakı Dövlət Universitetinin (BDU) həyətində ali təhsil müəssisəsinin rəhbərliyi, müəllimləri, tələbələri, ictimaiyyət və media nümayəndələri izləyiblər.
Belə ki, Yupiter öz orbitinin Günəşə ən yaxın nöqtəsinə (perihelion) yaxın, səma cismindən 4,96 astronomik vahid məsafədə olub. Bu iki hadisənin üst-üstə düşməsi Yupiterin böyük qarşıdurması adlanır. Təxminən, 12 ildə bir dəfə baş verir və Yerlə Yupiter arasındakı məsafənin də minimum göstəricilərə (3,95 astronomik vahid) azalması ilə diqqət çəkir.
Yupiter səma ekvatoruna yaxın Balıqlar bürcündə (ulduzlar topası) müşahidə edilib. Şimal enliklərində isə bir neçə ildən sonra ilk dəfə olaraq üfüqdən kifayət qədər yüksəkliyə qalxıb.
***
Yupiter bu gün son 59 ildə Yerdən ən yaxın məsafədə olacaq.
APA-nın məlumatına görə, bu barədə bazar ertəsi Moskva Planetariumunun mətbuat xidmətindən məlumat verilib.
Yupiter, Yer və Günəş sentyabrın 26-da düz xətt boyunca olacaq. Bu halda Yupiter Günəşdə öz orbitində (perihelion) ən yaxın nöqtəyə yaxın, səma cismindən 4,96 astronomik vahid məsafədə olacaq.
Bu iki hadisə 12 ildə bir dəfə baş verir.
ELM
Çin Mars ekspedisiyasının enişindən video paylaşdı