DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliyanın keçmiş baş naziri Berluskoni İtaliya Senatına üzv seçilib

Bazar günü İtaliyada növbədənkənar parlament seçkiləri keçirilib və sağ mərkəzçi koalisiyanın qələbəsi ilə yekunlaşıb.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. İtaliyanın keçmiş baş naziri, "İrəli, İtaliya" partiyasının rəhbəri Silvio Berluskoni İtaliya Senatına üzv seçilib. Bu barədə Rusiya mediası İtaliya Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, 85 yaşlı siyasətçi birmandatlı Monza (Lombardiya regionu) dairəsində səslərin əksəriyyətini toplayaraq qalib gəlib.
İtaliya Daxili İşlər Nazirliyi sağ mərkəzçi koalisiyanın seçkilərdə qalib gəldiyini rəsmən təsdiqləyib.
Bundan əvvəl "İtaliya Qardaşları" partiyasının rəhbəri Corc Meloni bildirib ki, parlament seçkilərinin ilk nəticələri italyanların sağ mərkəzçi hökumət görmək istədiyini göstərir və aparıcı rol onun partiyasına məxsus olacaq.
Fransanın "Milli Birlik" partiyasının rəhbəri Cordan Bardella İtaliyada bazar günü keçirilən seçkilərin ilkin nəticələrini şərh edərkən bildirib ki, italiyalı seçiciləri parlament seçkilərində necə səs verəcəklərini onlara diktə etməyə çalışan Avropa İttifaqına dərs veriblər.
Bazar günü İtaliyada növbədənkənar parlament seçkiləri keçirilib və ölkənin Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, parlament çoxluğunu yaratmaq üçün kifayət qədər səs toplayan sağ mərkəzçi koalisiyanın qələbəsi ilə yekunlaşıb.
Bülletenlərin mütləq əksəriyyəti hesablanıb: Senata seçkilərdə iştirak edənlərin 80%-dən çoxu, Deputatlar Palatasına isə 70%-dən çoxu. Bu məlumatlar əminliklə deməyə imkan verir ki, “İtaliya Qardaşları”, “Liqa”, “İrəli İtaliya” və “Biz Moderatorlar” partiyalarını birləşdirən sağçı qüvvələrin koalisiyası 44 faizdən çox səs toplayıb.
Eyni zamanda, ilk dəfə olaraq Corc Meloni (26%-dən çox) başçılıq etdiyi sağçı “İtaliya Qardaşları” partiyası ölkənin aparıcı siyasi qüvvəsinə çevrilir. Yerli müşahidəçilərin fikrincə, qalan bülletenlərin sayılması vəziyyəti dəyişə bilməz.