DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nyu-Yorkda Ermənistanın təxribatlarına dair aksiya keçirildi

Aksiya zamanı meqapolisin tarixi mərkəzi sayılan Manhetten rayonunda Azərbaycan həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobil hərəkət edib.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. ABŞ-ın Nyu-York şəhərində Ermənistanın hərbi təxribatları və təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiya zamanı meqapolisin tarixi mərkəzi sayılan Manhetten rayonunda Azərbaycan həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobil hərəkət edib. Ekranda "Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!", "Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!", "Ermənistan minaları = müharibə cinayətləri!", "Ermənistan Azərbaycanın Ermənistandakı mədəni irsini məhv edib!", "Ermənistanın minaları mülki vətəndaşları öldürür" şüarları və bu mövzuları əhatə edən təsvirlər nümayiş etdirilib.
Nyu-Yorkda Ermənistanın təxribatlarına dair məlumatlandırma aksiyası təşkil edilib
Şəhər ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təxribatlarına cəlb etmək məqsədilə keçirilən məlumatlandırma aksiyası Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları olan Nyu Yorkun Azərbaycan-Amerika Qadınlar Assosiasiyası və Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalamağa başlayıblar.
Nyu-Yorkda Ermənistanın təxribatlarına dair məlumatlandırma aksiyası təşkil edilib
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.