RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Mi-28 Ukrayna texnikasını yüksək dəqiqlikli raketlərlə məhv edib - Rusiya MN

Nazirlik helikopterlərin hərbi döyüş uçuşlarının videoyazısını yayıb.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bazar ertəsi Mi-28 və Mi-24 helikopterlərinin hərbi döyüş uçuşlarının videoyazısını dərc edib. Videoda, xüsusilə, Mi-28-dən buraxılmış "hava-yer" tipli özü hədəfə yönlənən döyüş başlıqlı raketin kadrları nümayiş etdirilir. Döyüş sursatı çay üzərindəki körpünün üzərindən hərəkət edən Ukrayna piyadalarının döyüş maşınını yüksək dəqiqliklə məhv edir. İkinci raketin zərbəsi də eyni körpüyə dəyir, kadrlarda birinci raketin vurduğu döyüş maşını görünür.
Videoda, ehtimal ki, Mi-28 ilə birlikdə ən son yüngül çoxtəyinatlı idarə olunan "İzdeliye 305" raketlərinin istifadəsi nümayiş etdirilir.
Məlumatlı mənbənin daha əvvəl "RİA Novosti"yə verdiyi xəbərə görə, Ukraynada keçirilən xüsusi hərbi əməliyyat çərçivəsində Rusiya Federasiyasının ordu aviasiyası yeni "305" yüngül çoxtəyinatlı idarə olunan raketlərdən istifadə etməyə başlayıb. Raketlər Mi-28NM hücum helikopterlərindən atılır.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.