NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dolların bahalaşması nefti ucuzlaşdırır

Neft ötən həftədən etibarən ucuzlaşmağa davam edir. Mərkəzi banklar kəskin şəkildə faiz artımlarına gedirlər.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır. London birjasında "Brent" markalı neftin qiyməti 0,62 dollar azalaraq 85,53 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,58 dollar ucuzlaşaraq 78,16 dollar olub.
Ötən həftə Azərbaycan neftinin orta qiyməti 92,46 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,63 dollar və ya 3,78% azdır. Keçən həftənin sonuncu iş günündə "Azeri Light" markalı neftin qiyməti 89,81 dollar olub.
Qeyd edək ki, dolların bahalaşması və iqtisadi tənəzzül qlobal enerji tələbatına təsir göstərir. Neft ötən həftədən etibarən ucuzlaşmağa davam edir.
Neft quyusu, arxiv şəkli
Xatırladaq ki, sentyabrın 21-də ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini yenidən qaldırdıqdan sonra dolların məzənnəsi digər aparıcı valyutalarla müqayisədə son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.