BAKI, 26 sentyabr - Sputnik. Vitamin C əskikliyi hipertoniya - təzyiq xəstəliyi riski yaradır.
Çinli alimlər apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.
Araşdırmalar nəticəsində bəlli olub ki,
Çində yüzminlərlə təzyiq xəstəsinin 80%-də C vitamini əskikliyi var.
Bu səbəbdən də alimlər hipertoniya riskinin qarşısını almaq üçün orta yaşlı insanlara müntəzəm olaraq, hər gün 200 mq C vitamini qəbul etməyi məsləhət görürlər: “Bu xəstəlikdən əziyyət çəkənlər altı ay ərzində Cvitamini qəbul etməklə təzyiqlərindəki dəyişikliyi hiss edəcəklər”.
Alimlər eyni zamanda vitamin D qəbul etməyin də təzyiq üçün faydalı olduğunu bildiriblər.