RUSİYA

Lukaşenko: "Bizim işimiz ədalətlidir, biz qalib gələcəyik"

Rusiya Federasiyası və Belarus liderləri arasında Soçidə danışıqlar aparılır. Tərəflər Qərbin sanksiyaları və onlara qarşı müqavimət məsələlərini müzakirə edirlər.
Sputnik
BAKI, 26 sentyabr - Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, o, hər iki ölkənin mövqeyinin düzgünlüyünə və Qərbin sanksiyalarına qarşı çıxmaqda qələbəsinə şübhə etmir.
Qeyd edək ki, Rusiya Federasiyası və Belarus liderləri bazar ertəsi Soçidə danışıqlar aparır. Görüşün görüntüləri "Rossiya 24" telekanalı tərəfindən yayımlanıb.
Liderlər Qərbin sanksiyaları və onlara qarşı müqavimət mövzusuna toxunublar.
"Bizim iddiamız ədalətlidir. Biz qalib gələcəyik! Bizim başqa seçimimiz yoxdur", - deyə Lukaşenko vurğulayıb.
Belarus lideri Putinə dəvətə və görüşə görə təşəkkür edərək, “biz bütün həll yollarını tapacağımıza” əminliyini ifadə edib.