BAKI, 25 sentyabr - Sputnik. Davamlı yağlı yeməklərlə qidalanmaq beyinin kiçilməsinə səbəb olur.
Belə ki, ingiltərəli alimlərin siçanlar üzərində aparılan araşdırmalarının nəticəsində bəlli olub ko, yağlı yeməklər beyinin funksiyalarında dəyişiklikləriə səbəb olur.
Araşdırmaların nəticəsinə görə yağlı yeməklə bəslənən siçanların genetikası dəyişib, onların bəziləri isə yaddaşını itirib.
Bundan başqa alimlər sübuta yetiriblər ki, bu cür qidalar siçanlarda da piylənməyə səbəb olub.
Ümumi olaraq alimlər qənaətə gəliblər ki, yağlı yeməklər depressiya və azheimerə səbəb olduğundan maksimum səviyyədə belə qidalardan uzaq olmaq lazımdır.