RUSİYA

Puşkov ABŞ-ın Avropa iqtisadiyyatının çökməsindən faydalandığına işarə edib

Parlament üzvü əmindir ki, amerikalılar Avropa İttifaqını qəsdən zəiflədirlər
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Federasiya Şurasının informasiya siyasəti komissiyasının rəhbəri Aleksey Puşkov bildirib ki, Avropa iqtisadiyyatının çökməsi ABŞ-a sərf edir.
Parlament üzvü, beləliklə, Amerikanın “The Wall Street Journal”ında dərc olunmuş məqaləyə münasibətini bildirib. Məqalədə Avropa şirkətlərinin enerji böhranından xilas olmağa çalışaraq kütləvi şəkildə ABŞ-a köçməyə başladığı barədə yazılıb.
Puşkov özünün rəsmi Telegram kanalında qeyd edib ki, Vaşinqton Avropanı qəsdən zəiflədir, onu “Amerika vassalı mövqeyinə” sürükləyir.
Senatorun fikrincə, məhz bu səbəbdən ABŞ, Avropa ilə Rusiya arasında istənilən dialoqun qarşısını alır.
Bundan əvvəl Puşkov Vaşinqtonun Çin və Hindistanı Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq siyasətinə cəlb etmək planlarını da qiymətləndirmişdi.
RUSİYA
Bu gün Türkiyə və Rusiyanın maraqları bir sıra aspektlərdə üst-üstə düşür - Puşkov