BAKI, 25 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin NATO ilə hərbi münaqişə vəziyyətində nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı sözlərini blef kimi qəbul etmək axmaqlıqdır. Bu barədə şərhçi Piter Hitçens “Daily Mail” nəşrində yazıb.
"Ukraynaya qarşı hazırkı hərbi dəstək siyasəti çox köhnə və mübahisəlidir", - deyə Hitçens vurğulayıb və əlavə edib ki, son hadisələr fonunda dəyişməz mövqe saxlamaq dünyanı nüvə müharibəsi astanasına qoyur.
Onun fikrincə, Britaniya Ukraynadakı münaqişənin tez bir zamanda həlli üçün hər cür səy göstərməli, onu yeni silah təchizatı ilə alovlandırmamalıdır.
Jurnalist, həmçinin, ölkə daxilindəki çətin iqtisadi vəziyyətə də diqqət çəkib ki, bu, Kiyev rejimi tərəfindən aparılan hərbi əməliyyatların daha sonralar da maliyyələşdirilməsi ilə əlaqədar olaraq daha da ağırlaşır.
Daha əvvəllər internet saytlarında yazıldığı kimi, Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ, Rusiya prezidenti Vladimir Putinin nüvə silahları ilə bağlı dediklərini ciddi qəbul edir, lakin özünün strateji çəkindirmə qüvvələrini işə salmağa
Xatırladaq ki, Rusiya lideri xalqa müraciəti zamanı “Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlara” xəbərdarlıq edib ki, “küləyin gücü onların öz istiqamətinə cevrilə bilər”.