BAKI, 25 sentyabr - Sputnik. Şərabla bağlı müxtəlif araşdırmalar aparan ingiltərəli alimlər bildirirlər ki, bəzi şəxslər bu içkidən imtina etməsələr, sağlamlıqlarında ciddi problemlər yarana bilər.
Onlar diabet xəstələrinə bu içkini qadağan edirlər.
Alimlər xüsusən də qeyd edirlər ki, şərab acqarına içildikdə müəyyəb xəstəliyi olan şəxslər, o cümıədən diabet xəstələri üçün böyük təhlükə yaradır.
Bundan başqa, sedativ və ya ağrıkəsici vasitələr qəbul edənlər də şərabdan istifadə etməməlidirlər. Çünki həm belə dəemanlat, həm də alkoqol beynin fəaliyyətini ləngidir.
Bundan əlavə, astma xəstələrinə də şərab içmək qadağandır.