RUSİYA

Rusiyadan Gürcüstana keçmək üçün 2,3 mindən çox avtomobil növbə gözləyir

Dövlət Yol Müfəttişliyi Rusiya Federasiyasının hüdudlarından kənara çıxmaqdan çəkinməyi tövsiyə edir.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. Rusiyanın Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün 2,3 mindən çox avtomobil növbə gözləyir.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Osetiya Respublikası üzrə mətbuat xidməti məlumat yayıb.
“Bu gün respublika ərazisində Şimali Osetiyaya gələn və “Yuxarı Lars” keçid məntəqəsindən keçmək üçün növbə gözləyən sərnişin avtomobillərinin xeyli yığılması müşahidə olunur. Ümumilikdə təxminən 2300 avtomobil sərhəddə növbə gözləyir", - mətbuat xidməti bildirib.
"Dövlət Yol Müfəttişliyi Rusiya Federasiyasının hüdudlarından kənara çıxmaqdan çəkinməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbas könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. Donbas, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.