RUSİYA

Rusiyada fərariləri uzunmüddətli cəza gözləyir - Cinayət Məcəlləsinə dəyişiklik edilib

Qanuna əsasən, səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlər ağırlaşdırıcı hallar kimi tanınır.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Cinayət Məcəlləsində səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlərin törədilməsinə görə cəza müddətinin 15 ilədək artırılması ilə bağlı dəyişiklik edilib.
Dəyişiklik könüllü təslim olan hərbçilərin 10 ilə qədər həbsini nəzərdə tutur.
Bundan əlavə, qanuna əsasən, səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlər ağırlaşdırıcı hallar kimi tanınır. Səfərbərlik və ya müharibə dövründə fərariliyə görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Bu müddət, həmçinin hərbi əməliyyatlarda iştirakdan imtinaya görə tətbiq ediləcək (Report).
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbas könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. Donbas, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.