RUSİYA

Qlobal təhlükəsizlik məsələsi ətrafında vəziyyət sürətlə pisləşir - Lavrov

Rusiya XİN başçısı BMT Baş Assambleyasının sessiyasında bildirib ki, Qərbin siyasi xətti beynəlxalq institutlara, ədalətin təminatına və zəifləri özbaşınalıqdan müdafiə edən beynəlxalq hüquqa inamı sarsıdır.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. Beynəlxalq təhlükəsizlik sahəsində vəziyyət sürətlə pisləşir.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirəsindəki çıxışı zamanı deyib.
Onun fikrincə, “dürüst dialoq və kompromis axtarışı əvəzinə dezinformasiya, kobud səhnələşdirmə və təxribatlarla məşğul olmaq lazım gəlir”.
“Qərbin xətti maraqları əlaqələndirən orqanlar kimi beynəlxalq institutlara, ədalətin təminatına və zəifləri özbaşınalıqdan müdafiə edən beynəlxalq hüquqa inamı sarsıdır”, - Rusiya diplomatiyasının rəhbəri bildirib.