SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nikol Paşinyanla Şarl Mişel nə danışıb?

Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsindən narahatlığını bildirib və regional problemlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıb.
Sputnik
BAKI, 24 sentyabr - Sputnik. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Sputnik Ermənistan-ın yaydığı məlumata görə, görüşdə Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsindən narahatlığını bildirib və regional problemlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıb.
Eyni zamanda Avropa İttifaqı Şurasının Prezidenti dialoq və sülhü təşviq etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Xatılrladaq ki, sentyabrın 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
Beləliklə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80 nəfərə çatıb.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən eskalasiya nəticəsində erməni tərəfindən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.