BAKI, 24 sentyabr - Sputnik. Cari ili turizmin bərpa ili hesab etmək olar. Çünki cari il ötən il və 2020-ci illə müqayisədə turizm sektorunda böyük nailiyyətlər, dəyişikliklər olub. Əvvəlki illərlə müqayisədə turist səyahətlərinin sayı 2 dəfədən çox artıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib.
O bildirib ki, cari ildəki rəqəmlər, turizm sektorundakı mənzərə ürəkaçan olsa da, bu o demək deyil ki, vəziyyət 2019-cu illə eyni səviyyədədir.
Eksper deyir ki, ehtimal ki, növbəti ildə turizmdə vəziyyət, rəqəmlər 2019-cu ildəki kimi olacaq: "Ölkədə turizm potensialı böyükdür. Lakin bununla belə turistik məkanların sayı artırılmalıdır. Bu amil həm ölkəyə valyuta axınına, həm də əlavə iş yerlərinin açılmasına təsir edəcək".
O bildirir ki, artıq bir müddət sonra qış turizminə hazırlıq başlayacaq.